Yeni tikilən binada fəhlə öldü


Yeni tikilən binada fəhlə öldü


Bakıda yeni tikilən binada fəhlə ölüb.



“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə avqustun 1-də saat 16 radələrində paytaxtın Nərimanov rayonunda baş verib. C.Zeynalov küçəsi 313A ünvanında “Elnur 2008” MMC tərəfindən inşa olunan hündürmərtəbəli binada fəhlə işləyən Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Bəhruz İsazadə yıxılaraq xəsarət alıb və hadisə yerində ölüb.

Rayon prokurorluğu və polis əməkdaşları tərəfində hadisə yerinə və meyitə baxış keçirilib. Ölümün səbəbi müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu