Mübariz Mənsimovun suya buraxdığı Rəsulzadə gəmisi qəzaya düşdü


Mübariz Mənsimovun suya buraxdığı Rəsulzadə gəmisi qəzaya düşdü


Bu ayın əvvəlində suya buraxılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəminin batması ilə bağlı xəbər yayılıb.



Məlumata görə, sözügedən gəmi İstanbul sahillərində "Doric Warrior" adlı gəmi ilə toqquşub. Toqquşma zamanı Rəsulzadənin adını daşıyan gəmi batmaq təhlükəsizlə üzləşib.

Hazırda gəminin göyərtəsinin su aldığı və batmaq üzrə olduğu bildirilir. Hadisə ilə əlaqədar limanda digər gəmilərin işi dayandırılıb.

İlkin ehtimallara görə, hadisəyə səbəb Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəminin həddindən çox yüklü olması olub. (Demokrat.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu