Bakıda iki sərnişin avtobusu toqquşub: 7 nəfər yaralandı


Bakıda iki sərnişin avtobusu toqquşub:


Bakı Nəqliyyat Agentliyi (BNA) də Bakıda iki avtobusun toqquşması ilə bağlı məlumat yayıb.



BNA-nın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 Dövlət Qeydiyyat Nişanlı) avtobus, “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub:

“Nəticədə 7 sərnişin xəsarət alıb. Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub”.

Səhiyyə Nazirliyindən Modern.az-a bildirlib ki, Yeni Ramana yolu Pedaqoji kollecin yaxınlığında baş verən yol nəqliyyat hadisəsində 7 nəfər yaralanıb.

“Hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. 6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 nəfər qadın isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu