3 uşağıyla itkin düşən qadından xəbər var: “Deyib ki, Xoşqədəmin...”


3 uşağıyla itkin düşən qadından xəbər var:


Xızı rayonunda ananın 3 övladı ilə birlikdə itkin düşməsinin bəzi təfərrüatı məlum olub.



Qubanın Dalıqaya kənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, Əfsanə İsayeva evindən acıq edərək çıxıbmış:

"Əfsanənin ailəsində münaqişə olub. Bundan sonra Əfsanə açıq edib evdən gedib. Gedərkən Xöşqədəm Baxşəliyevanın verilişinə çıxacağını deyib. Ordan da bir başa Qubaya qayıdıb. Hazırda hamı onu axtarır. Bu gün onun saxlandığı yer məlum olacaq”.

Qeyd edək ki, Xızı rayonunda ana və 3 övladı itkin düşüb. Qadının həyat yoldaşı Səxavət İsayev hüquq-mühafizə orqanlarına məlumat verərək 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu