Bakıda bir ailənin 5 üzvü qəzaya düşdü, ölənlər və yaralananlar var


Bakıda bir ailənin 5 üzvü qəzaya düşdü, ölənlər və yaralananlar var


Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

“Jeep” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”də olan bir ailənin 2 üzvü – Şəhriyar Həsənov və onun anası (ad və soyadı dəqiqləşdirilir-red) hadisə yerində ölüb. Hadisə zamanı həmçinin ailənin daha 3 üzvü – 29 yaşlı Həsənova Lamiyə Zöhrab qızı və onun övladları – 6 yaşlı Həsənova Mənisə Şəhriyar qızı, iki aylıq körpə Həsənova Məryəm Şəhriyar qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. L.Həsənovaya bədənin müştərək travması, Mənisə Həsənovaya sol bazu sümüyünün sınığı və ənsə nahiyəsinin əziyi, Məryəm Həsənovaya isə qapalı kəllə-beyin travması, baş-beyin əziyi, təpə-ənsə nahiyəsinin qəlpəli sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu