Zərdabda 16 yaşlı qız kimyəvi məhluldan zəhərlənərək ölüb - YENİLƏNİB


Zərdabda 16 yaşlı qız kimyəvi məhluldan zəhərlənərək ölüb -


Zərdab rayon Bəyimli qəsəbəsində ölüm hadisəsi baş verib.

Qəsəbə sakini 2004 təvəllüdlü Mirzəyeva Gülayət Samir qızı yaşadığı evdə kimyəvi məhlul içib.

Valideyinləri dərhal Mirzəyeva Gülayəti Zərdab rayon mərkəzi xəstəxanasına gətiriblər. Həkimlərin səylərinə baxmayaraq, gənc qızın həyatını xilas etmək olamayıb.

Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırılma aparılır.

*** 10:14

Zərdab rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 5-i rayonun Bəyimli qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü G.M dərman preparatı qəbul edib. Daha sonra onun halı pisləşib və Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda G.Mirzəyevanın səhhəti ağır olaraq qiymətləndirilir. Onun səhhətinin normallaşdırılaraq Respublika Toksikologiya Mərkəzinə göndərilməsi üçün tibb personalı tərəfindən reanimasyon tədbirlərin aparılması davam etdirilir.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu