Quba-Xınalıq yolunda uçqun olub


 Quba-Xınalıq yolunda uçqun olub


Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

AFN APA-ya istinadən xəbər verir ki, hadisə yolun 52-ci km-də qeydə alınıb. Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini ərazidən uzaqlaşdıraraq yollarına davam ediblər.

Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun APA-ya verdiyi məlumata görə, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yol qaya parçalarından tamamilə təmizlənib.

İlkin ehtimala görə, uçquna son günlər yağan intensiv yağışlar səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu