Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü - FOTO


 Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü -


Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib.



AFN Qafqazinfo-ya istinadən xəbər verir ki, Q. Abbasov bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.

Davam edən müalicə prosedurlarından sonra rəis bu gün səhər saatlarında vəfat edib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı saytımıza təsdiqləyib.

Bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş.

 Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu