Oğlunun təzə evinə görə 40 nəfərlik məclis qurdu, saxlanıldı


 Oğlunun təzə evinə görə 40 nəfərlik məclis qurdu, saxlanıldı


Astara rayonunun Marzəsəy kənd sakini olan Ş.Əliyev karantin qaydalarını pozaraq məclis təşkil etdiyi üçün saxlanılıb.



DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib və məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

Karantin qaydalarını pozan Ş.Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu