Lənkəranda avtomobilin vurduğu qadın xəstəxanada ölüb


Lənkəranda yol qəzası baş verib.

Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-ü saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Şağlaser kənd sakini Y.Bağırov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Zemfira Kərimovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu