AFN.AZ / Gömrük əməkdaşları qəzaya düşdü:

Gömrük əməkdaşları qəzaya düşdü:



Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.



Hadisə zamanı “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Mercedes” markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)







21-08-2017, 11:13
Geri qayıt