AFN.AZ / Polis baş leytenantı yol qəzasında ölüb

Polis baş leytenantı yol qəzasında ölüb

Polis baş leytenantı yol qəzasında ölüb


Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Neftçala sakini, 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib, avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Qeyd edək ki, Rza Niftəliyev Neftçala Rayon Polis şöbəsinin əməkdaşı polis baş leytenantı olub.
16-04-2018, 10:33
Geri qayıt