AFN.AZ / Bakıda baş həkim maşınla piyadanı vurub öldürdü

Bakıda baş həkim maşınla piyadanı vurub öldürdü

Bakıda baş həkim maşınla piyadanı vurub öldürdü


Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb.



Hadisə Binəqədi rayonu ərazisində baş verib.

Bakı şəhəri, 9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb. (Trend)
11-10-2018, 12:01
Geri qayıt