AFN.AZ / Quba-Xaçmaz yolunda baş vermiş ağır qəzada 4 nəfər öldü-

Quba-Xaçmaz yolunda baş vermiş ağır qəzada 4 nəfər öldü-

Quba-Xaçmaz yolunda baş vermiş ağır qəzada 4 nəfər öldü-



Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.

Qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qeyd edək ki, qəzada ölənlər Qasımov Coşqun Kamil oğlu, Abasov Zakir Eldəniz oğlu və Nahid Tarıverdiyevdir. Ölənlərin ikisinin xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib.

Qasımov Coşqun Boks üzrə Respublika çempionudur.(Report)

***

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.

“Report” bildirir ki, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zaman Xaçmaz rayonunun 3 sakini - Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov və Nahid Teymur oğlu Məmmədov həlak olub.

Faktla bağlı araşdırmalara başlanılıb.
10-01-2019, 15:12
Geri qayıt