AFN.AZ / “Rent a Car”ın sahibi Bakıda avtoxuliqanlıq etdi-

“Rent a Car”ın sahibi Bakıda avtoxuliqanlıq etdi-

“Rent a Car”ın sahibi Bakıda avtoxuliqanlıq etdi-


Səhər saat 05:30 radələrində paytaxtın Binəqədi rayonu, Eldar Babayev küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.



AFN oxu.az-a istinadən xəbər verir ki, "Niva” markalı, 10 MP 109 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mustafayev Həmzə Şəadət oğlu maşını içkili vəziyyətdə divara çırpıb.

Sürücü paytaxt küçələrində təhlükəli manevrlər edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, yol patrul xidmətinin "Dayan” əmrinə tabe olmayaraq, sürət həddini aşıb.

H.Mustafayev və maşında olan Ramin Tağıyev təcili olaraq 1 sayılı Şəhər Klinik xəstəxanasına çatdırılıb.

H.Mustafayevin çənəsi sınıb, R.Tağıyevə isə sifətin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, "Niva”nın sürücüsü Həmzə Mustafayev "Rent a Car”ın sahibidir.

11-01-2019, 11:05
Geri qayıt