AFN.AZ / Bakıda ev yandı -

Bakıda ev yandı -

Bakıda ev yandı -


Paytaxtda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.



AFN FHN-ə istinadən bildirir ki, Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı daha bir nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
11-06-2019, 15:59
Geri qayıt