İbrahimoviç 10 oyunluq diskvalifikasiya oluna bilər


İtaliyanın "Milan" komandasının futbolçusu Zlatan İbrahimoviç sərt cəza ala bilər.



Qaynarinfo "La Stampa"ya istinadən xəbər verir ki, isveçli hücumçunun "İnter"lə kubok qarşılaşmasında (1:2) rəqib komandanın forvardı Romelu Lukakuya qarşı irqçi ifadələr işlətməsi təsdiqlənərsə, onu 10 oyunluq diskvalifikasiya gözləyir.

Hər iki futbolçu sözügedən görüşdə bir-birini təhqir etdikləri üçün artıq 1 matçlıq cəzalanıblar.

Qeyd edək ki, 1/4 finalda "Milan"ı mübarizədən kənarlaşdıran "İnter" yarımfinalda "Yuventus"a rəqib olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu