"Yuventus"un futbolçusu "Portu" ilə matçdan sonra huşunu itirib


İtaliyanın "Yuventus" klubunun futbolçusu Alvaro Morata Çempionlar Liqasının 1/8 finalında Portuqaliyada "Portu"ya qarşı ilk matçdan sonra huşunu itirib.



"Report" "La Gazzetta dello Sport "a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu daha sonra tibbi müayinədən keçib.

İspaniyalı forvarda viral infeksiya diaqnozu qoyulduqdan sonra o, sağalmağa başlayıb. Buna baxmayaraq, futbolçu Turin təmsilçisinin dünənki məşqini buraxıb.

Qeyd edək ki, "Yuventus" Portuqaliyada rəqibinə 1:2 hesabı ilə uduzub. Komandalar arasında cavab oyunu martın 9-da olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu