Təhsil Nazirliyi yeni komanda yığır


18-20 yaşlı gənclər arasında keçirilən sərbəst güləş üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Respublika birinciliyi başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən afn.az-a verilən xəbərə görə,
13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində təşkil olunan yarışda Təhsil Nazirliyinin tabeliyində olan 21 idman məktəbinin 130 yetirməsi iştirak edib. 9 çəki dərəcəsi üzrə keçirilən yarışları Azərbaycan Güləş Federasiyasının təyin etdiyi beynəlxalq dərəcəli hakimlər heyəti idarə edib.
Yarışın məqsədi sərbəst güləş idman növü üzrə “Təhsil” RİM-in yığma komandasını müəyyənləşdirməkdən ibarətdir.
Birincilikdə komanda hesabında I yeri Abşeron Uşaq-Gənclər İdman Məktəbinin, II yeri 6 nömrəli Uşaq-Gənclər Güləş Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının komandası tutub.
Yarışda yüksək nəticə göstərən idmançılar arasından “Təhsil” RİM-in yığma komandasına üzvlər seçilib. Bu güləşçilərdən ibarət yığma komanda fevral ayında həmin yaş qrupu üzrə Azərbaycan birinciliyində “Təhsil” RİM-i təmsil edəcək.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu