Rusiyada futbolçunun dopinq-testi saxtalaşdırıldı, FIFA hərəkətə keçdi


Rusiyanın "Rostov" klubunun futbolçusu Vladimir Obuxov 4 il müddətinə diskvalifikasiya oluna bilər.

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. Bununla əlaqədar FIFA-dan Rusiya Futbol İttifaqına rəsmi məktub daxil olub. Məktubda futbolçudan 2013-cü ildə Rusiyanın gənclər yığmasının düşərgəsində ikən götürülmüş və neqativ çıxdığı deyilən dopinq-testin əslində qadağan olunmuş metandienon maddəsinin izlərini daşıdığı vurğulanıb.

Qeyd edək ki, Vladimir Obuxov "Rostov"da 2020-ci ilin oktyabrından forma geyinir. Onunla müqavilənin müddəti 2023-cü ilədəkdir. O, cari mövsüm klubun heyətində Rusiya Premyer Liqasında 7 oyuna çıxıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu