Buffon zədələnərək sıradan çıxdı


İtaliyanın "Yuventus" futbol komandasının qapıçısı Canluici Buffon zədələnib.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 43 yaşlı qolkiper belindəki problem səbəbindən A Seriyasının XXVI turunda "Kalyari" ilə matçı buraxıb.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. Turin təmsilçisi "Kalyari"ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu