"Qalatasaray" braziliyalı hücumçunu transfer etmək istəyir


Türkiyənin "Qalatasaray" klubu Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl-Əhli" klubunda çıxış edən İqor Xesusu heyətinə qatmaq istəyir.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı hücumçu üçün Dubay klubuna müraciət edib. "Sarı-qırmızılar"ın braziliyalı forvard üçün danışıqları davam etdirdiyi bildirilib.

Qeyd edək ki, İqor Xesus 2020-ci ilin dekabrında ölkəsinin "Koritiba" klubundan "Şabab Əl-Əhli"yə keçib. O, 11 oyunda 10 dəfə fərqlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu