Hacı Əliyev erməniyə uduzmasından danışdı


Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirindəki çıxışı barədə fikirlərini bölüşüb.


Tokio olimpiadasına lisenziya qazanan 3 qat dünya və 3 qat Avropa çempionu yarışa tam hazır vəziyyətdə qatılmadığını qeyd edib: “Sevinirəm ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Həqiqətən də, bu yarışda finala çıxmaq mənim üçün çox önəmli idi və bunu bacardım. Federasiyamız başda olmaqla, bütün əziyyəti olan məşqçilərimə təşəkkür edirəm. Yarışdan iki ay öncə gözümdən ağır əməliyyat keçirmişdim və turnirə qatılmağım sual altında idi. Buna baxmayaraq, həkimlərin də məsləhəti ilə bu yarışa gəldim və mənə lazım olan işi gördüm. Qalibiyyət də, məğlubiyyət də Allahdandır. Bizlər sadəcə, mübarizə aparırıq. Mənə hər zaman dəstək olduğunuz üçün sizlərə təşəkkür edirəm”.

Hacı Əliyev finalda Ermənistan təmsilçisi 21 yaşlı Vazgen Tevanyana uduzmasından da danışıb: “Bilirəm ki, bu məğlubiyyət hər kəs üçün pis oldu. Amma inanin ki, ən pis olan, ən çox əziyyət çəkən yenə də özüməm. Olimpiadada görüşənədək. Allah mənə güc və səbir versin”.

Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı 65 kq çəki dərəcəsində qazanıb.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu