“Qalatasaray”ın prezidenti namizədliyini geri götürdü


Türkiyənin “Qalatasaray” klubunun indiki prezidenti Mustafa Cengiz qarşıdakı seçkilərdə namizəd olmayacaq.


O bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Mustafa Cengiz mövcud şərtlər altında seçkilərdə iştirak etmək istəmədiyini bəyan edib.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri bu ayın 22-də keçirilməli idi. Lakin ötən gün klub açıqlama yayaraq seçkilərin qeyri-müəyyən vaxta təxirə salındığını bəyan etdi. Buna qardaş ölkədə tətbiq olunan sərt karantin qaydaları səbəb göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu