Azərbaycan Premyer Liqasında klub sayı ilə bağlı qərar


Futbol üzrə I divizion klubları növbəti dəfə Azərbaycan Premyer Liqasına buraxılmayacaq.


Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İclasda 2021/22-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qarabağ” FK, “Neftçi” PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Keşlə” FK, “Sabah” FK

2. Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qəbələ” İK, “Səbail” PFK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apelyasiya Komitəsinə apelyasiya şikayəti verə bilər.

Qeyd edək ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021/22-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.(oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu