Bünyadova bacıları yarımfinalda


İdmançılarımız Sevil və Sevinc Bünyadovalar I Avropa Oyunları çərçivəsində qılıncoynatma yarışında yarımfinal mərhələsinə yüksəliblər.

Trend-in məlumatına əsasən, 1/4 final mərhələsində Sevil Bünyadova yunanıstanlı idmançı Vassiliki Vougioukaya 15:12 hesabı ilə qalib gəlib, Sevinc Bünyadova isə ukraynalı idmançı Alina Komaşçuku 15:11 hesabı ilə məğlub edib.

Növbəti mərhələdə Sevilin rəqibi fransalı idmançı Marqau Rifkis olacaq. Sevinc isə polşalı Angelika Vatorla görüşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu