Cüdoçularımız uduzdu-YENİLƏNƏN


Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo üzrə yarışlarda daha 5 çəki dərəcəsində idmançılar mübarizə aparırlar. Apasport.az saytının məlumatına görə, bu çəkilərdən yalnız birində (qadınlar, +78 kq) Azərbaycan təmsilçisi çıxış etməyəcək.

Bu gün 5 cüdoçumuz tatamiyə çıxacaq. Bir çəki dərəcəsində Azərbaycan iki idmançı ilə təmsil olunacaq.


Cüdo
27 iyun

Kişilər
90 kq
İlk mərhələdən azad olan Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulub. Qurbanov, özü kimi, bu mərhələdən yarışa qatılan portuqaliyalı Çelio Diasla qarşılaşıb. Görüş həmyerlimizin inamlı qələbəsi ilə bitib. Qurbanov 70-ci saniyədə ipponla mərhələ adlayıb. O, 1/8 finalda Kriştian Totla (Macarıstan) mübarizə aparacaq.

R.Qurbanov da görüşü məğlubiyyətlə başa vurdu.

100 kq
Bu çəkidə Azərbaycanın iki güclü cüdoçusu çıxış edir. Həmyerlilərimizdən öncə mübarizəyə Elxan Məmmədov qoşulub. Dünya çempionumuz 1/16 finalda Zlatko Kumriçlə (Xorvatiya) güləşib. Görüş idmançımızın asan qələbəsi ilə yekunlaşıb. Məmmədov 145-ci saniyədə rəqibini ippona salıb. O, 1/8 finalda Lukas Krpaleklə münasibətinə aydınlıq gətirib. Lakin Elxan bu dəfə ümidləri doğrultmayıb. O, ipponla uduzub.

*****

Bayraqdarımız Elmar Qasımov isə 1/16 finalı azarkeş qismində keçirib və növbəti mərhələdə Jorje Fonseka (Portuqaliya) ilə üz-üzə gəlib. Lakin Azərbaycan millisinin lideri gözlənilmədən məğlubiyyətə üzülüb. O, qarşılaşmanın başa çatmasına 24 saniyə qalmış ippona düşüb.

+100 kq
Bu çəkidə ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Çerayla (Sloveniya) qarşılaşıb və döyüşünü qələbə ilə bitirib. O, görüşün başa çatmasına 57 saniyə qalmış rəqibini ippona salıb. Cüdoçumuz 1/8 finalda gürcüstanlı Levani Matiaşvilini sınağa çəkib. Təəssüf ki, bu dəfə Kokaurinin özü ippona düşərək, Oyunlardakı çıxışını başa vurub.

Qadınlar
78 kq
Millimizin üzvü Günel Həsənli 1/16 final mərhələsində dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirib. Lakin onun debütü uğurlu alınmayıb. 92-ci dəqiqədə ippona düşən idmançı yarışa vaxtından əvvəl vida edib.

Qeyd edək ki, cüdo yığmamızın aktivində 1 gümüş medal var. 60 kq çəki dərəcəsində Orxan Səfərov yalnız finalda məğlub olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu