İkinci Avropa Oyunları Belarusda keçiriləcək?


İkinci Avropa Oyunları Belarusda keçirilə bilər.

Bu barədə yerli telekanallardan birinə müsahibəsində Belarusun Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, Belarus prezidentinin bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə köməkçisi Maksim Rıjenkov açıqlama verib.

O bildirib ki, Avropa Olimpiya Komitələri ikinci Avropa Oyunlarının Belarusda keçirilməsini təklif edib: “Əgər Avropa Olimpiya Komitələrinin tələblərinə uyğun şərtlər irəli sürsək, oyunlar Belarusda keçirilə bilər. Eyni zamanda oyunlara hazırlıqlar böyük xərclər tələb edir. Maliyyə aspekti bu məsələdə əsas şərtdir. Amma o da var ki, Azərbaycanda xüsusi olaraq oyunlar üçün böyük infrastruktur obyektləri tikiblər, ancaq Belarusda avarçəkmə kanalları, su-idman kompleksləri, arenalar artıq mövcuddur. Bu da ilkin xərcləri aşağı salır. Ancaq bununla belə atletlər, jurnalistlər və rəsmi şəxslərin qəbulu, onların qalmaq və yemək təminatı, logistika və yarışların yayımı da az pul tələb etmir”.

M.Rıjenkov onu da əlavə edib ki, Belarus hələ Avropa Oyunlarına ev sahibliyi etməkdən imtina etməyib. Qeyd edək ki, hələlik digər potensial namizədlər də imtina etməyib.(trend)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu