Avropa liqası: "Neftçi" heç-heçə etdi, "Qəbələ" uduzdu


Bakının “Neftçi” futbol komandası UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsində ilk oyununu keçirib.

Bakı təmsilçisi iyulun 2-də “Bakcell Arena”da Monteneqronun “Mladost” komandasını qəbul edib. Türkiyəli baş hakim Ali Palabıyığın idarə etdiyi oyun 2:2 hesabı ilə başa çatıb.

Bakının “İnter” futbol komandası turnirdə ilk görüşünü Albaniyanın “Laçi” klubu ilə keçirib. Görüş 1:1 hesablı heç-heç ilə yekunlaşıb.

Digər təmsilçimiz “Qəbələ” isə “Dinamo” (Tbilisi) klubu ilə qarşılaşıb. Gərgin keçən oyun 2:1 hesabı ilə “Dinamo”nun xeyrinə başa çatıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu