"Qəbələ" və "İnter"in rəqibləri bəlli oldu


Avropa Liqasının I təsnifat mərhələsini uğurla adlayan "İnter" və "Qəbələ" klublarının növbəti mərhələdəki rəqibləri bu gecə müəyyənləşib.

"Qəbələ" Serbiya, "İnter" isə İslandiya təmsilçisi ilə qarşılaşacaq. Artıq "Qəbələ"nin rəqibi bəlli olub. Sloveniyada baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Çukariçki" klubu cavab görüşündə rəqibi ilə 0:0 bərabərə qalıb. Bu nəticə Serbiya klubunu növbəti mərhələyə yüksəldib. Bu isə o deməkdir ki, "Qəbələ" ikinci təsnifat mərhələsində məhz "Çukariçki" klubu ilə qarşılaşacaq.

Finlandiyada keçirilən ilk oyunda da qonaq komanda - "Hafnarfyordur" minimal hesablı qələbə qazanıb - 1:0. İslandiyada keçirilən cavab matçında eyni hesabla qalib gələn "Hafnarfyordur" klubu ikinci təsnifat mərhələsində "İnter"ə rəqib olub.

Qeyd edək ki, "İnter" I təsnifat mərhələsində Albaniyanın "Laçi", "Qəbələ" isə Gürcüstanın "Dinamo" klubunu mübarizədən kənarlaşdırıb. Digər təmsilçimiz "Neftçi" isə "Mladost" səddini keçə bilməyib və Avropa Liqasında mübarizəni dayandırıb.

23:00. "Çukariçki" (Serbiya) - "Domjale" (Sloveniya) - 0:0
(İlk oyun - 1:0)

00:15. “Hafnarfyordur" (İslandiya) - SJK (Finlandiya) - 1:0
Qol: Finboqason, 90+1 (1:0)
(İlk oyun - 1:0) (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu