Bakıda "Formula 1" Qran Prisinin keçiriləcəyi gün məlum oldu


Beynəlxalq Avtomobil Federasiyası (BAF) 2016-cı il mövsümü üçün `Formula-1` təqvimini təsdiqləyib.

AzVision.az Qərb KİV-nə istinadən xəbər verir ki, gələn il yarış ilk dəfə 21 mərhələdən ibarətdir.

2016-cı il mövsümü Melburnda keçiriləcək Avst6raliya Qran prisi ilə başlayacaq. Təqvimdə baş tutan ciddi dəyişikliklərdən biri kimi Rusiya Qran prisinin vaxtının oktyabrdan, may ayına, Malayziya Qaran prisinin isə sentyabr ayına keçirilməsidir. Bundan əlavə, 2016-cı il mövsümündə, iyulun 17-i ilk dəfə `Formula – 1` üzrə Azərbaycan Qran prisi keçiriləcək.

AzVision.az `Formula - 1` 2016-cı il mövsümü üçün təqviminin təqdim edir.

1. 3 aprel - Avstraliya Qran Prisi
2. 10 aprel - Çin Qran Prisi
3. 24 aprel - Bəhreyn Qran Prisi
4. 1 may - Rusiya Qran Prisi
5. 15 may - İspaniya Qran Prisi
6. 29 may - Monako Qran Prisi
7. 12 iyun - Kanada Qran Prisi
8. 26 iyun - Böyük Britaniya Qran Prisi
9. 3 iyun - Avstriya Qran Prisi
10. 17 iyul – Azərbaycan Qran Prisi
11. 31 iyul - Almaniya Qran Prisi
12. 7 avqust - Macarıstan Qran Prisi
13. 28 avqust - Belçika Qran Prisi
14. 4 sentyabr - İtaliya Qran Prisi
15. 18 sentyabr - Sinqapur Qran Prisi
16. 25 sentyabr - Malayziya Qran Prisi
17. 9 oktyabr - Yaponiya Qran Prisi
18. 23 oktyabr - ABŞ Qran Prisi
19. 30 oktyabr - Meksika Qran Prisi
20. 13 noyabr - Braziliya Qran Prisi
21. 27 noyabr - Abu-Dabi Qran Prisi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu