Rövnəq Abdullayev onlardan narazıdır


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev “Neftçi İdman Klubu”nun birinci Avropa Oyunlarında medal qazanan idmançıları ilə görüş keçirib.

Qurum rəhbəri bu uğurlu nəticələri gözlədiyini və bunun qürurverici hal olduğunu deyib. O, qələbə sevinci yaşadan idmançılara öz təşəkkürünü bildirib. Daha çox çalışıb gələcək turnirlərdə uğur qazanmaq istədiklərini dilə gətirib.

"Neftçi" futbol klubunun Avropa Liqasındakı uğursuz çıxışına gəldikdə isə Rövnəq Abdullayev bunları deyib:

- Komandanın bəxti gətirmədi. "Neftçi"nin heyətindəki cavan futbolçular avropada qorxmadan mübarizə apardılar. Bu da uğurdu. Artıq futbolumuza cavanlar gəlir. Klubun baş məşqçisi də gəncdir. Amma buna baxmayaraq Samir Əliyev də iddialıdı. "Neftçi"də qalsa daha yüksək nəticələr göstərəcək. Ümumiyyətlə, klublarda xarici məşqçilər özünü doğrultmur. Nəticə alanlar həmişə yerlilərdir.

Premyerliqada çıxış edən klubların aqibətinə gəldiksə isə, AFFA rəhbəri "İnter" və ""Simurq"un çempionatı tərk etməyəcəyini, "Bakı" klubunun isə bu mövsüm aşağı dəstədə mübarizə aparacağını deyib. Paytaxt klubunun Premyer Liqaya vəsiqə qazanmaq üçün birinci liqada uğurlu çıxış etməli olduğunu deyib. AFFA-nın reqlamentinə uyğun olaraq Bakı son pillənin sahibi kimi aşağı liqaya düşməlidi.

Rövnəq Abdullayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Monteneqronun "Rudar" klubu ilə mübarizə aparan "Qarabağ"a da uğurlar arzulayıb.

Birinci Avropa Oyunlarına 79 idmançı ilə qatılan “Neftçi İdman Klubu” 16 medal (6 qızıl, 5 gümüş, 5 bürünc) qazanıb.(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu