"Qəbələ"dən sərfəli nəticə, "İnter" uduzdu


Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” UEFA Avropa Liqası III tur ilk matçında Kipr klubu “Apollon”la qarşılaşıb. Təmsilçimiz ilk oyununu səfərdə keçirib.

Matçda hesabı ev sahibləri açıb. Ancaq oyunboyu təmsilçimizin üstünlüyü hiss olurdu. İlk hissədə ir neçə epizodda qeyri-dəqiqlik hesabı bərabərləşdirməyə mane olub.

"Qəbələ" ikinci hissəyə də aktiv başlayıb. Ancaq hücumlar son dəqiqədə bəhrə verib. Cərimə meydançası daxilində Stankoviçə qarşı kobudluğa görə təyin olunmuş penaltini soyuqqanlılıqla yerinə yetirən Cavid Hüseynov komandasına ümid verən qola imza atıb. Oyun bu hesabla da bitib.

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “İnter” də UEFA Avropa Liqası III turunda ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” İspaniyada “Atletik”in qonağı olub.

Tarixində ilk dəfə 3-cü mərhələyə adlayan “İnter” həm də ispan klubları ilə qarşılaşacaq ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Matç gözlənildiyi kimi ispanların üstünlüyü ilə başa çatıb. Ev sahibləri hər iki hissənin əvvəlində vurduqları qollarla oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar.

Virtualaz.org



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu