Rövnəq Abdullayev fövqəladə iclas keçirdi, yeni klublar yarandı


Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilib. Yığıncaqda klublarla bağlı qərarlar qəbul olunub.

Peşəkar Futbol Liqasının müraciətinə baxan İK “Rəvan”ın 2015/16-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakını müsbət dəyərləndirib. Bununla, paytaxt təmsilçisinin yarışda iştirakı rəsmiləşib.

İclasda üç klubun - “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, həmçinin yeni “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə AFFA-nın da təsisçi qismində iştirakının təmin edilməsinə qərar verilib.

Komitə üzvləri 2016/17-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edib (apasport.az).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu