Ronaldu agentinə ada bağışladı


Ronaldu agentinə toy hədiyyəsi olaraq ada bağışladı.

Futbolçu Kriştianu Ronaldu öz agenti Jorj Mendeşə toy hədiyyəsi olaraq ada bağışlayıb.
Afn.az xəbər verir ki, Madrid “Real”ı və Portuqaliya yığmasının hücumçusunun hədiyyəsi barədə Move Notcias nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ada Yunanıstanda yerləşrir, başqa təfərrüatlar haqda heç nə deyilmir.
Mendeş və Sandra Barbosanın nikahı bazar günü Portu şəhərində baş tutub. Toyda “Real”ın prezidenti Florentino Peres, eləcə də “kral klubu”unun futbolçuları Pepe və Xames Rodriges də iştirak ediblər. Bəyin sürücüsü Ronaldu olub.
Mendeş Portuqaliyanın ən varlı adamlarından biridir. O, futbolçuların transferlərindən agent olaraq 100 milyon avro pul qazanıb. Onun agent kimi müştəriləri arasında Ronaldu, Rodriges, Radamel Falkao, Anxel Di Mariya və Tyaqo Silvo kimi futbolçular var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu