"Bastian əvvəlki formasını bərpa edə bilmədi"


"Bavariya"nın baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted"ə transfer olan sabiq futbolçusu Bastian Şvaynştayger haqda fikirlərini bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, alman oyunçunun son iki ildə əvvəlki formasını bərpa edə bilmədiyini vurğulayıb:

"Bastianın "Mançester Yunayted"də uğur qazanacağına əminəm. O, möhtəşəm oyunçudur. Ancaq son iki ildə zədələrdən çox əziyyət çəkdi və heç bir zaman fiziki cəhətdən əvvəlki formasını bərpa edə bilmədi. Bastian yaxşı durumda olduğu vaxt bir ulduz futbolçudur. Ümid edirəm ki, "Mançester Yunayted"də də bunu hər kəsə göstərəcək".

Qeyd edək ki, B.Şvaynştayqer bu yay 18 milyon avroya "Bavariya"dan "Mançester Yunayted"ə transfer olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu