"Qarabağ"ın oyununa 21 min bilet satılıb


Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri keçiriləcək.

“Qarabağ” İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov oxu.az-a bildirib ki, qarşılaşma üçün artıq 21 min bilet satılıb.

Qeyd edək ki, qarşılaşma saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu