"Barselona"dan ikinci, "Real"dan ilk qələbə


[b]İspaniya La Liqasında 2-ci turun oyunları davam edir.[/b]

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baç tutub.

Doğma azarkeşləri önündə "Malaqa" ilə qarşılaşan "Barselona" rəqibini 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. Kataloniya təmsilçisinə qələbə qazandıran qola "Arsenal"dan transfer olunan Tomas Vermalen imza atıb.

İlk turda xal itkisi ilə üzləşən "Real" (Madrid) öz meydanında "Betis"lə üz-üzə gəlib. Madrid təmsilçisi mövsümdə ilk qələbəsini 5 qolla qazanıb - 5:0.

Qeyd edək ki, La Liqada 2-ci tura bu axşam keçiriləcək 5 oyunla yekun vurulacaq.


29 avqust

İspaniya La Liqası, 2-ci tur

"Real Sosyedad" - "Sportinq Xixon" - 0:0

"Barselona" - "Malaqa" - 1:0
Qol: Vermalen, 73 (1:0)

"Selta Viqo" - "Rayo Valyekano" - 3:0
Qollar: Nolito, 11-pen (1:0), 50 (2:0), Fontas, 88 (3:0)

"Real" (Madrid) - Betis" - 5:0
Qollar: Beyl, 2 (1:0), Xames Rodriqes, 39 (2:0), Benzema, 47 (3:0), Xames Rodriqes, 50 (4:0), Beyl, 89 (5:0)


30 avqust

"Eybar" - "Atletik"

"Sevilya" - "Atletiko"

"Valensiya" - "Deportivo"

"Qetafe" - "Qranada"

"Las Palmas" - "Levante"


28 avqust

"Vilyareal" - "Espanyol" - 3:1
Qollar: Kaysedo, 5 (0:1), Soldado, 67 (1:1), Bakambu, 87 (2:1), 90+3 (3:1)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu