AFFA-dan UEFA-ya etiraz


Futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, karikaturanın hazırlanması və nəşri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə razılaşdırılmayıb.

Bu səbəbdən AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.

Qeyd edək ki, Trnavada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyunda Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gələn komandamız iki oyunun nəticəsinə görə "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu