Ukrayna millisinin üzvü “Qəbələ”yə keçə bilər


Ukrayna millisinin və "Dnepr" klubunun hücumçusu Yevgeni Seleznyov "Qəbələ"yə keçə bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə "Sportanalytic" nəşri xəbər yayıb.

Roman Qriqorçuk bu futbolçunu sərəncamında görmək istəyir. 30 yaşlı hücumçunun klubla olan müqaviləsi 2016-cı ilin yayında başa çatır. Yeni anlaşma istiqamətində "Dnepr"lə futbolçu arasında danışıqlar aparılmır. Bu isə Seleznyova yanvarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı verir. Karyerasını davam etdirmək üçün onun daha statuslu variantlarının olduğu bildirilir.

Luis Adrianonun İtaliya "Milan"ına keçidindən sonra hücum xəttində problem yaşayan "Şaxtyor" da geri qaytara bilər. Türkiyənin "Fənərbağça" və "Trabzonspor", Yunanıstanın "Olimpiakos" və Rusiyanın "Krasnodar" klubları da təcrübəli forvarda maraq göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu