Henrik Mxitaryan: “Bakıya getməməyim doğru addım idi”


"Bəzi insanlara görə Bakıya getməməyim yaxşı qərar idi. Digərləri isə mənim Azərbaycanda oynamağımı istəyirdilər. Ancaq Bakıya getməməməklə düzgün qərar verdiyimi düşünürəm".

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Borussiya"nın (Dortmund) futbolçusu Henrik Mxitaryan Avropa Liqasının qrup mərhələsinin III turunda "Qəbələ" ilə keçirilən ilk matçda Bakıya gəlməməsi haqda danışarkən deyib.

Erməni hücumçu "Qəbələ" ilk oyunun artıq geridə qaldığını və bu barədə danışmaq istəmədiyini vurğulayıb: "İlk görüş barədə danışmaq istəmirəm, çünki bu, artıq geridə qalıb. Biz "Qəbələ" ilə növbəti oyunu düşünməliyik. Fikrimcə, normal oyun gedəcək. Çünki insanlara nəyisə sübut etmək fikrində deyiləm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu