Benzemadan intim kasetlə bağlı etiraf


İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema futbolçu Matye Valbunenanı şantaj edilməsində iştirak etdiyini bildirib.

Bu barədə AzVision.az fransız KİV-nə istinadən xəbər verib.

Məlumata əsasən futbolçu məhkəmə qarşsına çıxarılıb. Fransa qanunlarına görə, Kərim Benzema beş il müddətinə həbs oluna bilər.

Xatırladaq ki, İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema “Lion” klubunun futbolçusu Matye Valbuenanın şantaj edilməsi işi üzrə Fransa polisi tərəfindən həbs olunub.

Qeyd edək ki, oktyabrın 13-ü Fransa polisi ölkə millisinin və Rusiyanın “Kuban” klubunun sabiq hücumçusu Cibril Sisseni həbs etmişdi. Bundan əvvəl adı çəkilməyən daha üç şəxs də polis tərəfindən saxlanılıb.

Ehtimal olunur ki, bu şəxslərdə Valbuenaya məxsus intim xarakterli görüntülər var.

Daha sonra Fransa polisi sübutlar olmadığı üçün Sisseni azadlığa buraxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu