"Qarabağ"dan "Neftçi"yə maraqlı təklif


"Qarabağ" futbol klubu "Neftçi"yə qəribə təklif irəli sürüb.

Trend Ağdam klubunun saytına istinadən məlumat vreir ki, Əliyar Ağayevin 2 tur öncə idarə etdiyi "Neftçi" - "Simurq" qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün "Neftçi" - "Qarabağ" görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq "Qarabağ" rəhbərliyi "Neftçi" PFK-ya müraciət edib.

Müraciətdə deyilir: "Neftçi" - "Qarabağ" matçına təyinatlar açıqlandıqdan sonra Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq, Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik".

Qeyd edək ki, Premyer Liqanın XXIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununa Ə.Ağayev təyinat alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu