"Arsenal" Məsut Özillə müqavilə yeniləyir


"Arsenal" klubu yarımmüdafiəçisi Məsut Özillə müqavilə yeniləməyə hazırlaşır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçunun klubla müqaviləsi iki il sonra başa çatacaq.

Lakin London təmsilçisinin rəhbərliyi türk əsilli alman futbolçu ilə daha bir illik müqavilə imzalamaq niyyətindədir.

Qeyd edək ki, cari mövsüm "Arsenal"da 18 oyuna çıxan Özil 2 qol vurub və 10 məhsuldar ötürmə verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu