UEFA-dan “Dinamo”ya ağır cəza


UEFA Ukraynanın “Dinamo” (Kiyev) klubunu cəzalandırıb.

Qol.Az qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə oktybarın 20-də Kiyevdə keçirilən oyunda yerli azarkeşlərin irqçi davranışları səbəb olub.

Bundan əlavə bir qrup tərəfdar stadionda olan "Çelsi"nin qaradərili azarkeşlərinə hücum çəkib.

Məsələ ilə bağlı araşdırma aparan UEFA bu gün Kiyev klubu haqda qərar verib. Qərara əsasən “Dinamo” üç ev oyununu azarkeşsiz keçirəcək. Bundan əlavə klub 100 min avro cərimə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu