Azərbaycanlı hakim Avropa Liqasının qrup mərhələsində.


FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Allsport.az xəbər verir ki, o, həlledici turun Avstriyada keçiriləcək yerli “Rapid”lə Belarus “Dinamo”su arasındakı oyunu idarə edəcək.

Ona adları aşağıda göstərilən hakimlərimiz yardımçı olacaq:

“Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus)
10 dekabr. Vyana. Ernst Happel stadionu

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
Dördüncü hakim: Mübariz Haşımov.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu