"Qarabağ" qәlәbә qazandı


Bu gün Topaz Premyer Liqasında XV tura start verilib. Apasport.az saytının məlumatına görə, iki gün ərzində baş tutacaq turun ilk oyun günündə 3 qarşılaşma keçirilib.

İlk iki oyun saat 16:00-da başlayıb ki, bunlardan biri Bakıda, digəri isə Lənkəranda oynanılıb.

Əsgər Abdullayevin komandaya baş məşqçi təyin olunmasından sonra oyun və nəticə baxımından irəliləyiş əldə edən “Neftçi” mövsümün sürpriz komandası “Zirə”ni qəbul edib. 8-ci km qəsəbə stadionunda baş tutan oyunda “ağ-qaralar” rəqibinə qarşı üstünlük qura bilməyiblər. Tərəflər hərəyə 1 qol vuraraq elə hərəyə də 1 xal qazanıblar.

Eyni saatda Lənkəranda başlayn oyunda isə meydan sahibləri “Qəbələ”ni qəbul edib. Hazırda yaxşı günlərini yaşamayan və autsayderlər arasında qərarlaşan “Xəzər Lənkəran” çempionluq mübarizəsi aparan rəqibinə ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib. Roman Qriqorçukun yetirmələri minimal hesabla qalib gələrək 6 oyunluq qələbəsizlik seriyasını qıra biliblər. Üstəlik bu qələbə "qırmızı-qaralar"ı yenidən ikinci pilləyə qaytarıb.

Günün son, turun isə mərkəzi oyununda “İnter”lə “Qarabağ” görüşüb. Liderlə ikincinin qarşılaşmasına ağdamlılar ev sahibliyi ediblər. Qurban Qurbanovun yetirmələri çətin Avrokubok sınağı öncəsi qələbə qazanmağı bacarıblar. Liderliyini daha möhkəmlədən ağdamlılar ən yaxın izləyicisini 8 xal qabaqlayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu