Türkiyə İspaniya, Çexiya və Xorvatiya ilə bir qrupa düşdü


Bu gün Parisdə gələn il keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatması keçirilib.

Virtualaz.org saytı xəbər verir ki, Azərbaycanda da milyonlarla azarkeşi olan Türkiyə yığması final mərhələsində D qrupunda mübarizə aparacaq.

"Ay-ulduzlu" komandanın rəqibləri də bəlli olub. Türkiyə yığması güclü qrupa düşüb. Onun rəqibləri İspaniya, Çexiya və Xorvatiya yığmalarıdır. Maraqlıdır ki, Türkiyə son iki yığmanı 2008-ci il AÇ-dəki dramatik oyunlarda son dəqiqə qolları ilə məğlub edib.

Püşkatmanın nəticələri belə olub.

A qrupu: Fransa, Albaniya, Rumıniya, İsveçrə
B qrupu: İngiltərə, Uels, Slovakia, Rusiya
C qrupu: Almaniya, Şimali İrlandiya, Polşa, Ukrayna
D qrupu: İspaniya, Türkiyə, Çexiya, Xorvatiya
E qrupu: Belçika, İrlandiya, İsveç, İtaliya
F qrupu: Portuqaliya, İslandiya, Macarıstan, Avstriya.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu