Mübariz Mənsimov “Beşiktaş”a ulduz futbolçular alır


"Beşiktaş" Ukraynanın "Dnepr" komandasının qapıçısı Denis Boyko və müdafiəçisi Duqlası heyətinə qatmaqda israrlıdır.

“Qafqazinfo” xəbər verir ki, klub bu iki futbolçunun transferi üçün İstanbul nəhəngindən 10 milyon avro tələb edir.

Belə olan halda Türkiyə klubunun rəhbərliyi “Xəzər Lənkəran”ın sahibi, “Palmali” Şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimova müraciət ediblər.

“Beşiktaş”ın prezidenti Fikrət Orman Mənsimovla görüşərək ondan köməklik göstərməsini xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu