Qurban Qurbanov yarımmüdafiəçini 5 min manat cərimələdi


Antalyada təlim-məşq toplantısı keçirən "Qarabağ"la bağlı şok məlumat yaılıb.

Supersport.az saytının məlumatına görə, Qurban Qurbanov Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçi Çumbinyonu cəzalandırıb.Buna səbəb 30 yaşlı futbolçunun komandasının düşərgəsinə gec qoşulmasıdır. Hər zaman nizam- intizama xüsusi diqqət yetirən baş məşqçi Qurban Qurbanov Marinaldo Çiçero da Silvanı bağışlamayıb.

"Qarabağ" futbolçuya 5000 manat cərimə kəsib və ciddi xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu